Accessibility links

Bakıda Xəzəryanı ölkələrin işçi qrupunun 18-ci iclası olub


Bakıda Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin hazırlanması üzrə xarici işlrə nazirləri müavinləri səviyyəsində işçi qrupunun 18-ci iclası keçirilib. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, iclas konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Onun sözlərinə görə, yığıncaqda Xəzərin bölünməsi, su səthindən istifadə rejimi, gəmiçilik, təhlükəsizlik aspektləri, hərbi gəmilərin üzməsi məsələləri müzakirə olunub. "Bəzi məsələlər üzrə tərəflərin mövqeyində müəyyən yaxınlaşma var. Biz bəzi məsələlər üzrə isə razılığa gəldik və görüşlərimizi davam etdirməkdə israrlıyıq. İşçi qrupunun növbəti 19-cu iclası Qazaxıstanın paytaxtı Astana şəhərinəd keçiriləcək"-deyə o qeyd edib. Qazaxıstanın xüsusi nümayəndəsi, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Erkin Utenbayev də danışıqlar prosesində irəliləyiş olduğunu qeyd edib. İran nümayəndə heyətinin üzvü Möhsen Baharvənd danışıqlar prosesində "böyük müsbət dəyişikliklərin" olduğunu vurğulayıb. «Bu pozitiv vəziyyət gösətrir ki, tərəflər arasında Xəzərin hüquqi statusu ilə bağlı əsas məsələlərdə çox yaxınlaşma var. Baza məsələlər razılaşdırılıb və hazırda texniki detallar üzrə iş aparılır. Biz optimistik və gələcəyə ümidlə baxırıq» . Eyni zamanda İranlı diplomat Xəzərin bölünməsilə bağlı İranla Azərbaycanın mövqeyində yaxınlaşma olub- olmamasına dair sualın cavabından yayınaraq deyib ki, "konvensiya çərçivə xarakteri daşıyır və bu məsələ müzakirə olunmayıb". Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Qolovin bildirib ki, hər yığıncaqda razılışdırılmış mətn daha çox olur və fikir ayrılığı amplitudası azalır. Türkmənistan nümayəndə heyətinin rəhbəri Xoşgeldı Babayev Bakıda müzakirələrin məhsuldar olduğunu bildirib. Lakin onun sözlərinə görə, Xəzərin dibinin bölünməsinə dair Bakı ilə razılıq əldə olunması ilə bağlı Aşqabadın mövqeyində irəliləyiş yoxdur. «Türkmənistan beynəlxalq hüquq və Xəzərdə mövcud praktika əsasında çıxış edir»-deyə o öz ölkəsinin mövqeyini bildirib . Ancaq cənab Babayev hansı praktikaya işarə etdiyini açıqlamayüıb. Jurnalistlərin suallarının cavabında ABŞ-ın yardımı ilə Azərbaycanın cənubunda qurulacaq RLS-lə bağlı da açıqlama olub. "Əgər söhbət terrorizmə, silah qaçaqmalçılığına, narkotiklərə və ya başqa növ qaçaqmalçılığa qarşı mübarizədən gedirsə İranın hər hansı iddiası yoxdur". Bu sözlərlə İranın Xəzərin hüquqi statusu üzrə nümayəndə heyətinin üzvü Möhsən Baharvənd ABŞ-ın Xəzərdə qaçaqmalçılığın izlənilməsi məqsədi ilə RLS tikmək planına münasibət bildirib. O bu məsələdə həm beştərəfli və həm də ikitərəfli formatda xəzəryanı ölkələr arasında anlaşma olduğunu da deyib. Öz növbəsində, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib ki, hər bir ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsində və əməkdaşlıq məsələlərində forma seçmək hüququ var. « Azərbaycanın üçüncü ölkə ilə istəinlən əməkdaşlığı qonşu ölkələrə qarşı yönəlməyib və onların maraqlarına qarşı deyil. Möhsən Baharvənd həmçinin İranın Xəzərdə təhlükəsizlik və stabillik haqqında saziş layihəsini müzakirəyə təqdim etdiiyni də diqqətə çatdırıb. «Sənəd Xəzərin sülh, qardaşlıq və dostluq dənizinə çevrilməsini nəzərdə tutdur. Rusiya tərəfi də İranın layihəsinə uyğun gələn bir neçə təklif irəli sürüb»-deyə o qeyd edib . Rusiya işçi qrupunun rəhbəri Boris Qolovin isə etiraf edib ki, Rusiya Xəzərdə birgə çevik hərbi-dəniz qüvvəsinin yaradılması ideyasını irəli sürüb. Ancaq ounun sözlərinə görə, bu məsələ Bakıda keçirilən yığıncaq zamanı müzakirə edilməyib. Öz növbəsində, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin təhlükəsizliyi məsələsinə müəyyən yanaşmaların olduğuna işarə edib."Xəzərdə hərbi qüvvələrinin iştirakı, dənizdə hərbi fəaliyyət, hərbi gəmilərin üzməsi məsələsi müzakirə edilib razılaşdırılmalıdır. Ümid edir ki, tərəflər ümumi məxrəcə gələrək ehtimadın möhkəmlənməsi və onların eyni səviyyədə təhlükəsizliklərinin təmin olunması prinsipləri əsasında razılıq əldə edəcək"-deyə o bildirib.
XS
SM
MD
LG