Accessibility links

Ekspert Xəzəryanı dövlət başçılarının zirvə görüşünün baş tutmayacağını bildirir


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin və Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Moskvada imzaladıqları “Qəbələ RLS-ə dair beynəlxalq sazişin icrası üzrə səlahiyyətli nümayəndələrin statusu haqqında” Protokol Azərbaycanla Rusiya arasında bu sahədə əməkdaşlıq məsələlərini əlaqələndirməyə xidmət edir. Həmin sənəd iki ölkənin hökumətləri adından 2002-ci ildə bağlanmış Qəbələdəki “Dəryal” RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında hökumətlərarası saziş əsasında imzalanmışdır. Nazir Səfər Əbiyev bildirmişdir ki, sənədə görə, Azərbaycan onun mülkiyyəti olan Qəbələ RLS-dən istifadəyə dair ABŞ və Rusiya arasında danışıqlarda tərəflərdən biri olmalıdır və ölkəmiz Rusiya-ABŞ danışıqlarında tərəflərdən biri olmağa hazırdır. Xatırladaq ki, “Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Azərbaycan Respublikası ilə Sazişin imzalanması barədə təkliflərin bəyənilməsi və Rusiya Prezidentinə təqdim edilməsi haqqında” RF Hökumətinin 2002-ci il tarixli qərarında deyilir ki, Rusiya tərəfi Azərbaycan tərəfinin razılığı olmadan informasiya–təhlil mərkəzi ilə bağlı üçüncü tərəflə saziş imzalaya bilməz”. Dördüncü maddədə isə bildirilir ki, həmin saziş imzalandıqdan sonra Rusiya “Dəryal” stansiyasının funksional təyinatının dəyişməsi ilə nəticələnəcək bütün inşaat işlərini, əlavə qurğuların, yaxud avadanlığın, proqram təminatının və digər komponentlərin dəyişdirilməsini Azərbaycan tərəfi ilə razılaşdırmaq əsasında həyata keçirə bilər. İndən belə, RLS-dən istifadə prinsiplərinə və şərtlərinə dair məsələlərə Rusiya Kosmik Qoşunlar Komandanının müavini, general-leytenant Şişkin və Azərbaycan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Rzayev baxacaqlar. Bu barədə “Rossiyskaya qazeta”ya məlumat verən Rusiya müdafiə nazirinin mətbuat katibi Aleksey Kuznetsov əlavə etmişdir ki, sənəddə məhz onlar “Dəryal” üzrə rəsmi səlahiyyətli nümayəndələr müəyyən olunmuşlar.
XS
SM
MD
LG