Accessibility links

Azərbaycanın iqtidar partiyasının sədr müavini partiya sıralarından uzaqlaşdırılıb


İqtidarda olan "Yeni Azərbaycan" partiyasının Siyasi Şurası bu günkü iclasında partiyanın sədr müavini Sirus Təbrizlinin partyia sıralarından xaric olunması barədə qərar qəbul edib. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev «Amerikanıün səsi» radiosuna bildirib ki, bu qərar S.Təbrizlinin partiya Nizamnaməsinin 6-cı maddəsini pozduğuna görə qəbul edilib. H.Paşayevin izahına görə, sənədin bu maddəsinə əsasən partiya üzvü partiyanın siyasi kursunun reallaşdırılmasına şərait yaratmalı, onun proqram prinsiplərinə riayət etməli, partiya tapşırıqlarını yerinə yetirməli, partiyanın nüfuz və imici uğrunda mübarizə aparmalıdır. Sirus Təbrizli isə «Amerikanın səsi» radiosuna müsahibəsində YAP sıralarından xaric edilməsini iki həftə öncə partiyanın siyasi kursu və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev barədə «Atatürk» mərkəzində etdiyüi kəskin tənqidi çıxışı ilə izah edib. O YAP-ı yaratdığını və ən çətin dövrlərdə bu partiyanını ön sıralarında olduğunu bildirib.
XS
SM
MD
LG