Accessibility links

Azərbaycan yazıçısı məhkəmədə islamçılar tərəfindən təhqir olunub


Yazıçı Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun məhkəməsi qalmaqalsız ötüşməyib. Yenə məhkəmə zalında bir qrup islamçı Rafiq Tağını, jurnalistləri və vəkili təhqir edib. Buna baxmayraq, məhkəməyə sədrlik edən hakim Yusif Kərimov tədbir görməyib. Cənab Tağı və Samir Sədaqətoğlu dini ədavəti qızışdırmaq ittihamı ilə ötən ilin noyabrında həbs edilib. Buna «Sənət» qəzetində yazıçının «Avropa və biz» məqaləsinin çapı səbəb olub. Bir sıra dindarlar Rafiq Tağının Məhəmməd peyğəmbəri təhqir etdiyini iddia edir. İranda isə yazıçının ölümünə fitva verilib. R.Tağı məhkəmədə dini deyil, mövhumatı tənqid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın məşhur ədibləri Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə hələ ötən əçsrin əvvəllərində dini mövhumatı pisləyib. Məhkəmə zalında olan bir qrup dindar isə yazıçının çıxışına etiraz edib, Rafiq Tağını, vəkili və jurnalistləri təhqir edib. Vəkil İsaxan Aşurov islamın tolerantlıq dini olduğunu bildirib. Bununla yanaşı, o «Amerikanın səsi» radiosuna təhqirlə məşğul olan insanların radikal hərəkətlərinin islama baş uğalığı gətirmədiyinə önə çəkib. Vəkil məhkəmənin islamçıların təhqirlərinə münasibət bildirməməsini isə ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması ilə əlaqələndirib. Cənab Aşurova görə, Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsi Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları konvensiyasına ziddir. Belə ki, yazıçı öz fikirlərini bildirib və fikrə görə insanı həbs etmək olmaz. Məşhkəmədə vəkilin, yazıçının və jurnalistlərin təhqir edilməsi, məhkəmə heyətinin buna mynasibət bildirməəmsi hüquq müdafiəçiləri tərəfindən də pislənib.
XS
SM
MD
LG