Accessibility links

Sülhəddin Əkbər:  NATO yüklərinin Əfqanıstana Cənubi Qafqaz dəhlizi ilə daşınması realdır


Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, NATO-nun Türkiyə-Gürcüstan - Azərbaycan - Orta Asiya - Əfqanıstan marşrutu ilə yüklərinin daşınması realdır. Onun fikrincə, bu marşrut Pakistan və Rusiya marşrutundan daha təhlükəsizdir. Çünki Rusiya - ABŞ münasibətləri hərbi yüklərin daşınmasına imkan verməyə bilər, Pakistan marşrutuna isə taliban tərəfdarları hücum edə bilir.
Ekspertin fikrincə, Cənubi Qafqaz dəhlizi ilə humanitar yüklərlə yanaşı, ilkin olaraq yüngül hərbi yüklərin daşınması da realdır. “Amma ağır hərbi yüklərin daşınması üçün mövcud infrastrukturlar rekonstruksiya edilməlidir. Eyni zamanda ağır yüklərin daşınması üçün dəniz və dəmir yolları infrastrukturları önəm kəsb edə bilər”.
Cənab Əkbər həmçinin ağır hərbi yüklərin daşınması Azərbaycan üçün İran və Rusiyadan təzyiqlərə səbəb olacağını da istisna etmir. “Bunun üçün ABŞ İran və Rusiyanın təsirlərini neytrallaşdırmaq üçün tədbirlər görməlidir”, - deyə o qeyd edib.


XS
SM
MD
LG