Accessibility links

Azərbaycanın İranla sərhədindəki dağ zirvəsində Babəkin ad günü qeyd edilib (audio)


Bu gün Dünya Azərbaycanlıları konqresinin təşəbbüsü ilə Azərbaycanın İranla həmsərhəd olan Yardımlı rayonunda dağ zirvəsində Babəkin doğum günü münasibəti ilə yürüş keçirilib. Yüzlərlə insanın iştirak etdiyi yürüş İranda yaşayan azərbaycanlılarla həmrəylik məqsədi daşıyıb. Yürüş iştirakçısı İran məsələləri üzrə ekspert Tofiq Türkel "Amerikanın səsi" radiosuna müsahibəsində tədbir iştirakçılarının İranda yaşayan azərbaycanlıların mədəni hüquqlarının müdafiəsi ilə bağlı şüarlar səsləndirdiyini bildirib. Onun dediyinə görə, yürüş sərhədin o tayında İranda yaşayan azərbaycanlıların yaşayış məntəqələrindən müşahidə edilib.


XS
SM
MD
LG