Accessibility links

Azərbaycan solçuları 1 mayı bayram edib


Bakıda solçuların bir qrup fəalı zəhmətkeşlərin beynəlxalq həmrəylik günü -1 may münasibətilə "Azad fəhlə" heykəli önündə icazəsiz piket keçirib. Aksiya iştirakçıları hökumətin sosial-iqtisadi siyasətinə etiraz edib və neft gəlirlərinin ədalətli bölgüsünü, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin özəlləşdirilməsinin dərhal dayandırılmasını, 8 saatlıq iş gününün müəyyən olunmasını tələb edib. Bundan əlavə, özəl müəssisə işçilərinin sahibkarlar hesabına məcburi tibbi sığortası, əhalinin keçmiş SSRİ əmanət bankındakı vəsaitlərinin qaytarılması tələb olunub. Yazıçı Həmid Herisçi hesab edir ki, Azərbaycanda zəhmətkeşlər bütün hüquqlardan məhrumdu, "kapitalistlər və imperialistlər" üçünsə hər cür şərait yaradılıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhramanlı hökuməti neft gəlirlərinin bölünməsində şəffaflığı təmin etməyə, əmək haqqlarını artırmağa, inflyasiyanın qarşısını almağa çağırıb. Aksiya iştirakçıları mayın 1-nin zəhmətkeşlərin həmrəylik bayramı kimi qeyd edilməsi tələbilə Milli Məclisə müraciət qəbul edib.
XS
SM
MD
LG