Accessibility links

Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək


“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Ukraynada keçirilən prezident seçkilərinin nəticələrinin regional siyasətdə dəyişiklik yaratmayacağına əmindir. Çünki seçkilərdə irəlidə gedən Viktor Yanukoviçlə Yuliya Timoşenkonun səsləri arasına fərq çox böyük deyil. “Bu Ukraynada seçicilərin təxminən eyni mövqeni müdafiə etdiyini göstərir. Prezident Viktor Yuşenko kimi Viktor Yanukoviç də qərblə Rusiya arasında ortaq mövqe seçməli olacaq. Azərbaycanla münasibətlərdə isə Ukrayna çox maraqlıdır və bu siyasət davam etdiriləcək”.
Cənab Namazov hesab edir ki, seçkilərdən sonra Ukraynanın QUAM təşkilatında aparıcı mövqeyi zəifləyə bilər. “Son dövrlər bu təşkilatda Azərbaycanın da aparıcı mövqeyi hiss edilmir”.


XS
SM
MD
LG