Accessibility links

Azərbaycanда müxalifət Azadlıq siyasi blokunu təsis edib


Demokrat, Milli İstiqlal, Xalq Cəbhəsi partiyaları və Milli Birlik Hərəkatı "Azadlıq" siyasi bloku təsis etdiklərini bəyan edib. Blokun Əsasnaməsinə görə, qurum Baş Məclis və Sədrlər Şurası tərəfindən idarə ediləcək. Sənədə görə, blokun cari fəaliyyətini Sədrlər Şurası həyata keçirir. AXCP sədri Əli Kərimli bildirib ki, blok ölkədə azad seçki yolu ilə demokratiyanın bərpası uğrunda mübarizə aparır. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu «Azadlıq» blokunun Müsavat parttyası il əks mövqedə durduğunu bildirib. O milli məsələlərdə bütün siyasi qüvvələrlə əməkdaşlığa hazır olduqlarını da bəyan edib. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət hesab edir ki, yeni siyasi blokun başlıca vəzifəsi mövcud siyasi vəziyyəti dəyişməkdir. Onun fikrincə, hazırki siyasi situasiyada, mövcud qanunvericiliklə 2008-ci ildə prezident seçkilərinin demokratik keçiriləcəyinə inanmaq mümkün deyil.
XS
SM
MD
LG