Accessibility links

Azərbaycan məhkəməsi satirik-jurnalisti üç il azadlıqdan məhrum edib


Ağır Cinayət İşlərinə dair Məhkəmə "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakitin üç il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Jurnalist Cinayət Məcəlləsinin narkotiklərin qanunsuz saxlanması və istifadəsi maddəsi ilə təqsirli bilinib. Mirzə Sakit iyunun 23-də həbs edilib. O narkotik maddənin onun cibinə həbs edilən zaman atıldığını bildirib. Vəkili Vüqar Xasayev məhkəmənin hökmünü "ədalətsiz" və "sifarişli" adlandırıb. Onun sözlərinə görə, heç bir sübut olmadığı halda «məhkəmə notarius rolunu oynayaraq sadəcə sifarişi yerinə yetirib». Hakim Azər Orucovun qərarını jurnalistin həyat yoldaşı göz yaşları ilə qarşılayıb. Rəna xanım hakimin hətta Mirzə Sakitin ailə vəziyyətini belə nəzərə almadığını deyib. Rəna xanım həyat yoldaşına öz mövqyeində qalmağı və satirik şeyrlər yazmasını davam etdirməyi xahiş edib. Onun fikrincə, padişahlar gedir, şerlər qalır və nəhayətdə xalq haqsızların qiymətini verir. Satirik-yazarın həbsi barədə məhkəmə hökmü jurnalist təşkilatları, bir sıra siyasi partiyalar, hüquq müdafiəçiləri tərəfindən də kəskin qarşılanıb. Mirzə Sakitin Hüquqlarını İctimai Müdafiə Komitəsinin bu günki yığıncağında çıxış edənlər məhkəmənin qərarını ədalətsizliyin yüksək nümunəsi kimi dəyərləndirib. Komitənin üzvü, «Turan» Agentilyinin direktoru Mehman Əliyev hesab edir ki, hökm məhkəmə araşdırmasının əksinə olub. Cənab Əliyevin qənaətincə, yalnız jurnalistin həbsi üçün əməliyyatın keçirilməsi də narkotik maddənin Mirzə Sakitin cibinə atılmasını sübut edən bir məqamdır. Mirzə Sakitin hökuməti, yüksək vəzifəli məmurları tənqid edən satiralarını dərc etdirdyi «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid şairin həbsinin sifarişinin yüksək siyasi vəzifəli şəxs tərəfindən verildiyini bildirib. Onun fikrincə, «sifariş o qədər yüksək səviyyədən verilib ki, hətta hakimin onu bir azca da olsa dəyişməyə cürəti çatmayıb». Hüquq müdafiəçiləri son dövrlər ölkədə insanların, o cümlədən də jurnalistlərin hüquqlarının pozlumasının adi hal aldığını diqqətə çatdırıb. Onlar ədlatəsiz qərarlar qəbul etmiş hakimlərin ifşa edilməsinin lazımlığını və məsələnin Avropa Şurası qarşısında qaldırılmasınını vacibliyini önə çəkib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, baş vermiş çoxsaylı faktlarla bağlı ölkə prezidenti qarşısında açıq məktubla çıxış etməyin vaxtı çatıb.
XS
SM
MD
LG