Accessibility links

Filippin adalarında xilasetmə əməliyyatları davam edir


Filippin adalarında torpaq sürüşməsi səbəbi ilə itkin düşənlərin axtarışı davam etdirilir. Səlahiyyətli nümayəndələr palçıq altında qalmış Guinsoqon kəndindən 57 adamın xilas edildiyini bildirir. Lakin sağ qalanların xilası şansları getdikcə azalmaqdadır. İndiyədək 46 adamın cəsədi aşkar edilib. Xisalsetmə əməliyyatlrına yağışın dayanmadan yağması, yolların bağlanması və palçıq mane olur. Filippin prezidenti Gloria Arroyo xilas əməliyyatlarına hərbi qüvvələri də cəlb edib. Amerika Birləşmiş Ştatları da daxil edilməklə, artıq bir neçə ölkədən Filippinə maliyyə və və hərbi təchizat yadımı göstərilir.
XS
SM
MD
LG