Accessibility links

Pakistanın hərbi qüvvələri yenidən hücuma məruz qalıb


Pakistan rəsmilərinin bildirdiyinə görə, militantlarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada 7 əsgər və 14 yaraqlı öldürülüb. Əfqanıstanla sərhəd bölgə yaxınlığında qarşıdurma hökumətin raket atəşlərinə cavab verməsi ilə baş vermişdi. Atışmanın 90 dəqiqə sürdüyü xəbər verilir. Bu, son iki gün ərzində Pakistanın Miran Şah regionundakı hərbi qüvvələrinə qarşı ikinci hücumdur. Dünən həmin bölgədə əsgərlər yoxlanış məntəqəsində hücuma məruz qalmışdılar. Nəticədə üç əsgər yaralanmışdı.
XS
SM
MD
LG