Accessibility links

Ədliyyə sistemi və məlumat əldə etmək hüququ


Ədliyyə sistemi və məlumat əldə etmək hüququ
Ədliyyə sistemi və məlumat əldə etmək hüququ
<!-- IMAGE -->

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Hakimlər, prokurorlar, jurnalistlər və ictimaiyyətin məlumat əldə etmək hüququ” mövzusunda konfrans keçirilib. Amerikanın Bakıdakı səfirliyi və Azərbaycan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hakimlər, prokurorlar və jurnalistlər iştirak edib.
Amerika səfirliyinin hüquq şöbəsinin müdiri Piter Ştrasser bildirib ki, prokurorluq orqanlarının ən yaxşı müstəntiqi jurnalistlərdir.“Çünki insanlar məlumatları polisə deyil, jurnalistlərə verirlər. Jurnalistlərdən hansısa məlumatı öyrənmək üçün onlara məlumat da verməlisən, qarşılıqlı əməkdaşlıq olmalıdır”.
Ədliyyə Akademiyasının prorektoru İlham Abbasov ədliyyə orqanlarının media ilə münasibətlərini vacib sayır. Onun fikrincə, müstəqillik dövründə aparılan islahatlar nəticəsində ictimaiyyətin məlumatlandırılması işində köklü dəyişikliklər baş verib.
Amerika Ədliyyə Departamentinin məsləhətçisi Barbara Svan bildirib ki, Cənubi Qafqaz ölkələrində demokratik dəyişikliklərdə medianın böyük rolu var. “Demokratiyanın iki mühüm amili var, bunlar müstəqil məhkəmə və müstəqil mediadır”.
Ekspertin dediyinə görə, regionda ədliyyə məmuru jurnalisti sensasiya axtaran, hadisələrə müdaxilə edən, yalan yazan kimi, jurnalist isə ədliyyə məmurunu ədalətsiz, avtoritar, təkəbbürlü kimi xarakterizə edir. “Məhz bu baxışlar ədliyyə sistemi ilə medianın əlaqələrinə mane olur. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı narazılıq qanunların özü qədər qədimdir. Eyni zamanda, cəmiyyət bütün məlumatları mediadan alır və məlumatların ictimaiyyətə çatdırılması vacibdir. İnformasiya boşluğunu məlumat verənlər doldurmazsa, jurnalistlər bu boşluğu şayiələrlə doldurmağa məcburdur”.
O bildirib ki, jurnalistlər ictimaiyyət üçün açıq olan bütün məhkəmələrə akkreditasiya olunmadan

<!-- IMAGE -->

buraxılmalıdır.
“İctimaiyyət üçün açıq olan məhkəmələrdən jurnalistlər çıxarıla bilməz. Məhkəmə proseslərinə jurnalistlərin girişi tam təmin edilməlidir”, - deyə o qeyd edib.
Məhkəmələrin media ilə əlaqələrinə gəlincə, bu sahədə ciddi çatışmamazlıqların olduğu ortaya çıxıb. Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətov bildirib ki, hakimlərin mətbuat katibləri yoxdur. Jurnalistlərin sorğularına isə yalnız məhkəmə sədrinin icazəsi ilə cavab verilir.
Prokurorluq sistemində isə media ilə əlaqələr yaxşı qurulub. Jurnalistlərin suallarını bütün prokurorluqlarda cavablandıran məsul şəxslər var. Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin sözlərinə görə təmsil etdiyi idarənin rəis müavini baş prokurorun mətbuat katibidir. Onun fikrincə, bu qurum müstəqildir və medianın məlumatlandırılması işlərini həyata keçirir.
Çıxışlarda məhkəmə orqanlarından məlumat əldə etməklə bağlı yeni qanun layihəsinin Milli Məclisin müzakirəsində olduğu deyilib. Xanım Barbara Svan sual edib ki, İnformasiya əldə etmək azadlığı haqqında qanun olduğu halda spesifik qanun hazırlanmasına ehtiyac varmı?
Ədliyyə Akademiyasının prorektoru İlham Abbasov hesab edir ki, ehtiyac var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG