Accessibility links

Ağ Ev: ABŞ İraqdan qoşunları vaxtında çıxaracaq

  • Asgar Asgarov

Birləşmiş Ştatlar hökuməti aydın edib ki, İraqda baş verən qanlə hücumlar Vaşinqtonunun avqustun sonunadək oradan qoşunları çıxarmaq planlarına təsir göstərməyəcək.

Birləşmiş Ştatlar hökuməti aydın edib ki, İraqda baş verən qanlə hücumlar Vaşinqtonunun avqustun sonunadək oradan qoşunları çıxarmaq planlarına təsir göstərməyəcək. Ağ Evin sözçüsü Robert Gibbs deyir ki, bir çoxları güman edirdilər ki, qiyamçılar bu vaxtdan istifadə edib İraqda hərbi və siyasi proqresi pozacaqlar. Parlament seçkilərindən bir ay keçmiş, son beş gündə Bağdad və onun ətrafında 100-dən çox adam öldürülüb. Dünən Bağdadda baş verən bir neçə bomba partlayışı azı 50 adam pöldürmüşvə 140-dan çox adamı yaralamışdır. Hücumlar əsasən şiə məhəllələrindəki mənzil binalarını hədəf alıb. Hücum üçün məsuliyyəti üzərinə götürən olmayıb, lakin təhlükəsizlik rəsmiləri İraqda Əl-Qaida şəbəkəsini günahlandırırlar.

XS
SM
MD
LG