Accessibility links

Ağ Ev sözçüsü: "Reyd zamanı bin Laden silahlı olmayıb"


Ağ Ev sözçüsü: "Reyd zamanı bin Laden silahlı olmayıb"

Ağ Ev sözçüsü: "Reyd zamanı bin Laden silahlı olmayıb"


Ağ Evin sözçüsü Cey Karni bildirib ki, ABŞ qüvvələri Üsama bin Ladenin Pakistanda iqamətgahında reyd keçirən zaman Əl-Qaidə lideri silahlı olmayıb. Sözçü jurnalistlərə açıqlamasında bin Ladeninin odlu silahdan istifadə etməsə də, xüsusi təyinatlı qüvvələrə müqavimət göstərdiyini bildirib. Müqavimətin yalnız odlu silahla atəş açmaqdan ibarət olmadığını söyləyən Karni təfərrüata varmayıb.

Bin Laden başından və çiynindən vurulub. Karni bin Ladenin həyat yoldaşlarından birinin ABŞ qüvvələrinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, qadın ayağından vurulsa da, öldürülməyib.

ABŞ reyddən foto-şəkillərin açıqlanıb-açıqlanmamasını nəzərdən keçirir. Karninin sözlərinə görə, iqamətgahdan əldə olunan kəşfiyyat məlumatların planlaşdırılan hücumlar barədə dəlillər aşkara çıxaracaq.

XS
SM
MD
LG