Accessibility links

Birləşmiş Ştatlar Çin hərbi qüvvələrinin beş zabitinə qarşı Amerikanın nüvə, metal və günəş enerjisi istehsal edən şirkətləri əleyhinə iqtisadi casusluq ittihamı irəli sürüb.

Çin ABŞ-ın Amerika şirkətlərini hədəf alan kibernetik casusluqda ilk dəfə olaraq xarici dövlətə qarşı irəli sürdüyü ittihamları rədd edib.

ABŞ-ın Baş prokuroru Erik Holder bütün ölkələrin kəşfiyyat məlumatları topladığını deyib. Lakin o, Birləşmiş Ştatların Şanxayda Xalq Azadlıq Ordusunun bölməsi tərəfindən Çin şirkətlərinə mühüm informasiya təqdim edərək, apardığı iqtisadi casusluq fəaliyyətlərini kəskin qınadığını deyib.

Çinin xarici işlər nazirliyi bu ittihamları saxta adlandıraraq qınayıb və bunun iki ölkənin hökumətləri arasında etibara zərər vuracağını deyib. Pekin etiraz olaraq Çin-ABŞ internet işçi qrupunun fəaliyyətlərini dayandırıb.

Çinin beş zabitinin ABŞ-da məhkəməyə çıxarılması məsələsi açıq olaraq qalır.

Baş prokuror Erik Holder Pekinin Amerikanın məhkəmə sisteminə hörmət etdiyini və ittiham edilən hərbçilərin məhkəmə qarşısına çıxarılmasına icazə verəcəyinə inandığını deyib.
XS
SM
MD
LG