Accessibility links

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, Ukraynanın şərq bölgələrində Rusiya tərəfdarlarının nümayişlərinin regionun şəhərlərində hökumət binalarının 24 saat ərzində ələ keçirilməsi üçün əvvəlcədən məqsədli şəkildə planlaşdırıldığına dair əsaslı dəlil var.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı bunu ABŞ-ın Helsinki Komissiyasının iclasında Amerika qanunvericilərinin Birləşmiş Ştatların Rusiyanın iğtişaşların arxasında durduğuna dair dəlili olduğuna dair sualı cavablandırarkən deyib.

Viktoriya Nuland Ukrayna hadisələrinin həyəcan siqnalı olduğunu deyərək, təcavüzkar aksiyalara cəzalandırılmadan yol verildiyi halda, bunun azad dünyanın bölüşdüyü dəyərləri təhlükə altına aldığını bildirib.

O, Birləşmiş Ştatların Ukrayna ilə bağlı dördtərəfli danışıqlardan gözləntilərinin böyük olmadığını deyərək, bununla belə müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
XS
SM
MD
LG