Accessibility links

Yaponiya və Cənubi Koreya liderləri Haaqada nüvə konfransı çərçivəsində ABŞ prezidenti Barak Obama ilə üçtərəfli görüş keçirib. Şimali Koreyanın nüvə və raket proqramlarının müzakirələrin diqqət mərkəzində olub.

Görüşdən öncə cənab Obama deyib ki, Şimali Koreya ilə bağlı məsələlərin həllində hərbi əməkdaşlıq da daxil olmaqla, Vaşinqton, Tokio və Seul arasında səylərin əlaqələndirməsinin əhəmiyyətini vurğulayıb. “Son beş ildə üç ölkə arasında səylərin əlaqələndirilməsi Şimali Koreya məsələsində vəziyyətin dəyişməsinə gətirib çıxarıb; bizim üçtərəfli əməkdaşlığımız nəticəsində Pxenyana mesaj göndərildi ki, təhriklər və təhlükələrə birgə cavab veriləcək”-deyə cənab Obama bildirib.

Cənubi Koreya prezidenti Park Qın-he və Yaponiyanın Baş naziri Linzo Abe də Şimali Koreyanın nüvə və raket proqramlarının yaratdığı təhlükələrə cavab vermək üçün birgə səylərin vacibliyi məsələsində eyni fikrə malik olduqlarını bildiriblər.

ABŞ-ın Asiyada iki müttəfiqi arasında son zamanlar münasibətlərdə gərginlik müşahidə edildiyi üçün görüş əhəmiyyətli hesab edilir. Bu, eyni zamanda, Cənubi Koreya prezidenti Park Qın-he və Yaponiyanın Baş naziri Şinzo Abe arasında da ilk rəsmi görüş olacaq.

ABŞ Tokio və Seulu tarixi mübahisələrə görə münasibətlərdə gərginliyi aradan qaldırmağa və diqqəti Şimali Koreyanın nüvə proqramı kimi birgə maraqları əhatə edən məsələlərə cəlb etməyə çağırır.
XS
SM
MD
LG