Accessibility links

ABŞ-ın Kanzas ştatının rəsmiləri dünən yəhudi icma mərkəzinin yaxınlığında üç nəfəri öldürən şəxsi həbs edib.

Bu gün Frazier Qlen Qros qəsdən adam öldürmə maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.

Polisin dediyinə görə 73 yaşlı Qros ov tüfəngi ilə icma mərkəzinin avtomobil dayanacağında bir kişini və yeniyetmə oğlanı öldürdükdən sonra yaxınlıqda yerləşən Sosial Təminat İdarəsinə gedərək bir qadını da öldürüb. Daha sonra polis onun məktəbdə həbs olunduğunu bildirib.

Qrosun ağ irqçı qrupu ilə əlaqəsi olmasına baxmayaraq, polis hadisənin nifrət zəminində baş verdiyini güman etmir.

Prezident Barak Obama bəyanat yayaraq hadisəni dəhşətli faciə adlandırıb.

Qros 1980-ci ildə Ku Kluks Klan ağ irqçi qrupuna və Ağ Patriot Partiyasına başçılıq edib. O, yəhudilərə, qara dərili insanlara, homoseksuallara və hökümət nümayəndələrinə qarşı müharibə elan etməkdə ittiham olunacaq beş il həbsxanada olub.
XS
SM
MD
LG