Accessibility links

ABŞ dövlət katibi Con Kerri deyir ki, Birləşmiş Ştatlar Afrika ölkələrinin qitədəki münaqişələrin həllinə göstərdikləri səyləri dəstəkləyir.

O, Əddis Əbəbəyə səfəri zamanı bir çox ölkənin artmaqda olan zorakılıq təhlükəsi altında olduğunu deyir.

Con Kerri Efiopiyada Afrika Şurasının baş ofisini ziyarət edib. Görüş zamanı Mərkəzi Afrika Respublikasında xristian milislər tərəfindən müsəlmanların hücumlara məruz qalaraq evlərinin tərk etməsinə səbəb olduğu müzakirə olunub.

Dövlət katibi Efiopia, Uqanda və Kenyanın xarici işlər nazirləri ilə görüşərək, Cənubi Sudanın müharibə edən tərəfinin aylarla davam edən münaqişəsinin dayandırılması yollarını müzakirə edib. Diplomatlar Cənubi Sudanın ölkədə sabitliyi təmin etmək üçün qanunla idarə olunan orduya ehtiyac olduğunu deyiblər.

Birləşmiş Ştatlar miliyonlarla insanın evlərindən didərgin düşməsində əli olanlara qarşı maliyyə sanksiyaları tətbiq edəcəyi barədə xəbərdarlıq verib.
XS
SM
MD
LG