Accessibility links

ABŞ dövlət katibi Con Kerri Asiya səfərinin son dayanacağı olan İndoneziyadadır.

Cənab Kekrri İndoneziya paytaxtı Cakartaya Çindən səfər edib.

Sabah onun Cakartada iqlim dəyişikliyinə dair nitq söyləyəcəyi gözlənilir. Dövlət Departamentindən bildiriblər ki, cənab Kerri qlobal ictimaiyyəti - həm ölkələri, həm də fərdləri bu təhlükənin qarşısını almaq üçün daha çox səy göstərməyə çağıracaq.

Bundan əvvəl Çin səfərdə olan dövlət katibi prezident Si Cinpinqlə görüşüb. Daha sonra o, xarici işlər naziri Vanq Yi də daxil olmaqla, başqa yüksək vəzifəli şəxslərlə görüşüb. Pekində danışıqlar zamanı Con Kerri Çin liderlərinin Şimali Koreyanın nüvə silahı proqramına son qoymaq üçün təzyiq göstərməsinə çalışıb.
XS
SM
MD
LG