Accessibility links

ABŞ Ukraynada davam edən gərginliklərə görə Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.

ABŞ Maliyyə Nazirliyi sanksiyaların hədəf aldığı fərdlərin və 17 şirkətin siyahısını dərc edib. Sanksiyalar bu şəxs və şirkətlərin ABŞ-dakı hesablarını donduracaq və onların Birləşmiş Ştatlara səfərinə qadağa qoyacaq.

Siyahıda Rusiya prezidenti Vladimir Putinin Krım üzrə xüsusi nümayəndəsi Oleq Blavatsev, Rostec yüksək texnologiya şirkətinin rəhbəri Sergey Çemezov, baş nazirin müavini Dmitri Kozak, Rusiya Xüsusi Xidmət İdarəsinin rəhbəri Yevgeni Murov, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Eleksey Puşkov və Kreml administrasiyasının rəhbərinin birinci müavini Vyaçeslav Volodinin adları var.

Siyahıda habelə hazırda Rosneftin icraçı direktoru olan baş nazirin sabiq müavini İqor Seçin adı yer alır.
Buna baxmayaraq Rosneft özü isə sanksiyaların hədəfində olan 17 şirkət arasında göstərilməyib.
-----------------------------------------------------------------
ABŞ Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı bu gün yeni sanksiyalar açıqlayacaq.

Prezident Barak Obama deyib ki, fərdi şəxslər və şirkətlərə tətbiq ediləcək yeni sanksiyalar prezident Putinə yaxın olan rəsmilərin bank hesabları və korporasiyalarını hədəf almaq planına əlavə olacaq.

Cənab Obama deyib ki, Ukrayna gərginliyi azaltmaq üçün Cenevrədə əldə edilmiş beynəlxalq razılığa əməl edib.

Prezident deyib ki, Rusiya Ukrayna ərazisinə təcavüzü davam etdirsə, Birləşmiş Ştatlar bank hesabları və müdafiə sənayesi kimi sektorlara daha geniş sanksiyalar da daxil edilməklə əlavə addımlar atacaq.

Bu gün rusiyapərəst silahlı şəxslər ölkənin cənub-şərq hissəsində Kostyantinivka şəhərində hökumət binalarına nəzarəti ələ alıb.

Separatistlər bundan əvvəl digər 10 şəhəri ələ keçirib və Ukraynadan ayrılaraq Rusiyaya birləşib-birləşməməyə dair referendumun keçirilməsini tələb edir.
XS
SM
MD
LG