Accessibility links

Birləşmiş Ştatların desantları polşalı həmkarları ilə birlikdə bu gündən etibarən Polşada birgə təlimlərə başlayıb.

Polşa ilə yanaşı, ABŞ Baltikyanı ölkələrdə də desant qüvvələri yerləşdirib.

Pentaqonun mətbuat katibi, kontr-admiral Con Körbi desant qüvvələrinin Rusiyanın Ukraynada təcavüzünün nəticəsi olaraq yerləşdirildiyini və ABŞ-ın bu addımla müttəfiqləri və tərəfdaşlarını öhdəliklərə sadiq olduğunu nümayiş etdirmək istədiyini bildirib. Pentaqon sözçüsü 600-ə qədər hərbçinin bir ay müddətində bölgədə qalacağını bildirib.

Eyni zamanda, ABŞ-ın U.S.S Teylor hərbi gəmisi Qara dənizə istiqamət götürüb.

Kontr-admiral Körbi Birləşmiş Ştatlar NATO müttəfiqləri ilə məsləhətləşmələr apardığnı və hərbi qüvvələrin sayı və həcminin artırıla biləcəyini bildirib.
XS
SM
MD
LG