Accessibility links

ABŞ prezidenti Barak Obama deyib ki, Filippinlə təhlükəsizliyə dair imzalanan yeni razılıq Çinə nəzarət etmək məqsədi daşımır.

Razılıq cənab Obamanın Yaponiya, Cənubi Koreya və Malayziyanı da əhatə edən Asiya səfəri çərçivəsində Filippinə çatmasından bir neçə saat sonra imzalanıb.

Filippin prezidenti Beniqno Aquino ilə birgə mətbuat konfransında prezident Obama ABŞ-ın Çinlə konstruktiv münasibətlərinin olduğunu deyərək bildirib ki, Vaşinqtonun məqsədi beynəlxalq qanunlar və normalara hörmətlə yanaşılmasına əmin olmaqdır.

Çin və Filippin arasında Cənubi Çin dənizində ərazi mübahisəsi mövcuddur.

Prezident Aquino Amerikanın bölgədə mövcudluğunun Çini narahat etməməli olduğunu deyib. O, əlavə edib ki, Filippin bölgədə heç bir ölkəyə təhlükə yaratmır.
XS
SM
MD
LG