Accessibility links

ABŞ hərbi gəmisi Aralıq dənizində batan gəmidəki 282 nəfəri xilas edib


USS Bataan Rescue

USS Bataan Rescue

ABŞ hərbi gəmisi Aralıq Dənizində bir gəminin batması barədə xəbərdarlıq zəngi alandan sonra 282 mühaciri daşıyan gəmini xilas etməyə müvəffəq olub.

İtaliya hərbi patrol təyyarəsindən xəbərdarlıq daxil olandan sonra hücum gəmisi olan USS Bataan və yük gəmisi USS Elrod xilasetmə əməliyyatını başladıb. 6 kiçik gəmi aşkar edən təyyarə onlardan birinin batması barədə məlumat göndərib.

Hərbi Dəniz rəsmiləri dünənki açıqlamasında deyilir ki, iki gəmi dənizdə batanları xilas edəndən sonra onlara yemək və sığınacaq verib, eləcə də tibbi yardım göstərib.

Bataan rəsmiləri daha sonra xilas edilənləri Malta ordusuna təhvil verdiyini bildirib.
XS
SM
MD
LG