Accessibility links

ABŞ-da kommunikasiya şəbəkələrini tənzim edən orqanlar ölkədə internet fəaliyyətlərinin geniş şəkildə dəyişilməsini təklif edir.

Federal Kommunikasiya komissiyası ABŞ-da əsas internet xidmətləri pravayderləri olan AT&T və Comcast şirkətlərinin Google və Facebook kimi sosial media şirkətləri ilə onların təklif etdiyi xidmətlərin istifadəçilərə daha tez çatdırılması üçün razılıq əldə edə bilməsinə imkan yaradacaq plana səs verib.

Mübahisəli təklif istifadəçilər və bəzi veb şirkətləri tərəfindən müqavimətlə qarşılaşır. Onlar internetə daxil olma imkanlarının bərabər, tənzimləyici qurumların dediyinə kimi, neytral xarakter daşımalı olduğunu bildirir. Yeni təkliflə eyni zamanda, internet xidmətləri provayderlərinin veb səhifələrinin qarşısını kəsməsi qadağan edilir.

Federal Kommunikasiya komissiyasının sədri Tom Veeler deyib ki, təklifdə kommersial baxımdan qeyri-münasib razılaşmaların əldə edilməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, o, istifadəçilər üçün daha aşağı sürətli internet yükləmələri ilə nəticələnə biləcək heç bir dəyişikliyi qəbul etməyəcək.

Agentlik təklifin 120 gün ərzində ictimai müzakirəyə çıxarılmasına çağırır. Müzakirəyə çıxarılan suallardan biri internetin telefon və elektrik xidməti kimi kommunal xidmət elan edilib-edilməməsi ilə bağlıdır. Belə olan təqdirdə internetə daha geniş hökumət nəzarəti tətbiq edilə bilər.
XS
SM
MD
LG