Accessibility links

ABŞ-ın Mərkəzi Bankı Amerika iqtisadiyyatına yardımlarını ixtisar edir.

Bank rəsmiləri deyir ki, faizləri aşağı səviyyədə saxlamaq və iş yerlərini artırmaq məqsədi ilə ayırdığı vəsaiti gələn ay azaldacaq.

Mərkəzi Bankın rəhbəri Canet Yellen tarixi standartlara görə ölkədə işsizlik səviyyəsinin daha yüksək olduğunu deyib.

Vaşınqton şəhərində ikigünlük görüşdən sonra Mərkəzi Bank aprel ayında aktivlərin alışını 65 milyard dollardan 55 milyard dollara salacağını deyib.

Mərkəzi Bankın qərarı qlobal iqtisadiyyatda mühüm rol oynayır.

İqtisadi liderlər ABŞ-da investisiya gəlirlərinin artımının investorların ölkələrindən milyardlarla dollar çıxarmasına səbəb olacağından ehtiyat edir.
XS
SM
MD
LG