Accessibility links

Prezident Barak Obamanın söz verdiyi kimi İraqda sünni üsyançılarla mübarizəyə yardım məqsədilə ölkəyə göndəriləcək 300 ABŞ hərbi müşavirinin ilk qrupu İraqa yetişib.

Pentaqonun sözçüsü kontr-admiral Con Körbi müxbirlərlə xüsusi təyinatlı iki qrupun çərşənbə axşamı işə başladığını deyib.

Onun sözlərinə görə, ABŞ-ın təxminən 40 hərbi personalı Amerika səfirliyinin mühafizəsini təmin edir. Kontr-admiral əlavə 90 hərbçinin Bağdadda birgə əməliyyatlar mərkəzində və bundan əlvə hər birində 50 həbrçi olan daha dörd qrupun İraqda Mərkəzi Komandanlığın bölgəsində yerləşdiriləcəyini bildirib.

Vaşinqtonda ABŞ qanunvericiləri İraqda atılacaq addımları müzakirə edir. Respublikaçı senator Con Makkeyn deyib ki, ABŞ İraqda ekstremistlərə qarşı fəaliyyət göstərməlidir.

Birləşmiş Ştatlar təhlükəsizliklə bağlı vəziyyətin dəyərləndirilməsi məqsədilə İraq üzərində gündə 30-35 kəşfiyyat uçuşu həyata keçirir.

XS
SM
MD
LG