Accessibility links

Maykl Grimmə qarşı 20 ittiham irəli sürülüb

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, federal polis Nyu-Yorkdan olan Respublikaçı konqresmeni Maykl Grimmi sahibi olduğu restoran biznesindəki pozuntular və başqa ittihamlarla bağlı saxlayıb.

Nyu-York şəhərinin Bruklin rayonundakı federal məhkəməsində qaldırılan ittihamlara görə ABŞ konqresmeni poçt cinayəti və qanunsuz işçilərin işə götürülməsi daxil olmaqla 20 maddə üzrə şübhəli bilinir.

CNN-in məlumatına görə, Grimm 2007-ci ildən 2010-cu ilədək idarə etdiyi Manhattandakı restoranından qazandığı 1 milyon dollar nağd pulun vergisini verməməkdə, qanunsuz işçilərin gəlirlərini gizlətmək üçün onlara nağd pul ödəməkdə ittiham olunur.


Məsələyə münasibət bildirən konqresmenin vəkili və ABŞ rəsmiləri deyib ki, bu günədək təhqiqatçılar ittihamları hazırlayırdılar. İkinci müddətə konqresmen olan sabiq FBI (Federal Təhqiqatlar Bürosu) agenti yanvar ayında prezident Obamanın İllik Məruzə Çıxışından sonra kameralar qarşısında jurnalisti balkondan aşağı atmaqla hədəlləməklə də yadda qalmışdı.

Maykl Grimm Bruklinin bir hissəsi olan Staten Aylendi təmsil edir.
XS
SM
MD
LG