Accessibility links

ABŞ Azərbaycan hökumətini beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır

ABŞ-ın Azərbaycandakı səfirliyi NİDA Vətəndaş Hərəkatının üzvlərinin məhkəməsinin nəticəsinə dair bəyanat yayıb.

Sənəddə deyilir:

“ABŞ-ın Azərbaycandakı səfirliyi çox şübhəli ittihamlarla səkkiz gənc fəalın uzunmüddətli həbs cəzasına məhkum edilməsi barədə 6 may tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir.

Biz Azərbaycan hökumət nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırmışıq. Azərbaycan hökumətinin ABŞ və digər səfirliklərin müşahidəçilərinə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı, biz məhkəmə prosesində ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlar müşahidə etmişik. Biz, həmçinin, məhkəmə nümayəndələrinin sübutlarla yanlış rəftar və hüquqi axtarış prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik.

Biz Azərbaycan hökumətini bir daha Avropa Şurasının Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi nəzərə alaraq insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Səfir Riçard Monrinqstar bu yaxınlarda demişdir: “Birləşmiş Ştatlar inanır ki, Azərbaycan daha açıq cəmiyyətin yaranmasına imkan verməklə daha güclü sabitliyə malik olacaq”.

Biz Azərbaycanı demokratikləşmə yolunda dəstəkləmək üçün Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə birgə işləməyə sadiqik.”

Show comments

XS
SM
MD
LG