Accessibility links

ABŞ Türkiyəyə daş-kömür mədənində qəzadan sonra yardımını təklif edir


Obama

Obama

Birləşmiş Ştatlar Türkiyədə daş-kömür mədənində 245 insanın həyatını itirdiyi qəzadan sonra Türkiyə hökumətinə yardımını təklif edib.

ABŞ-ın Əmək naziri Tomas Peres Obama administrasiyasının Türkiyə rəsmilərinə Amerikanın yardım göstərməyə hazır olduğunu çatdırdığını deyib.

Tomas Peresin açıqladığı bəyanatda faciədə yaxınlarını itirən insanlara baş sağlığı ifadə edilib. “Mən mədəndə ilişib qalmış və həyatları uğrunda mübarizə aparan insanların sağ-salamat xilas edilməsi üçün dua edirəm”-deyə ABŞ-ın Əmək naziri bəyanatında bildirib.

ABŞ administrasiyası Türkiyə xalqına hadisə ilə əlaqədar başsağlığı bildirib. Ağ Evin sözçüsü Cey Karni deyib:”Somada mədəndə 200-dən çox insanın həyatını itirdiyi və yüzlərlə insanının mədəndə ilişib qaldığı qəzanın baş verməsi ilə əlaqədar bu gün fikirlərimiz və dualarımız Türkiyə xalqı ilədir.”

Cey Karni Türkiyənin Birləşmiş Ştatların yaxın dostu və müttəfiqi olduğunu deyib, ABŞ-ın Türkiyə hökumətinə lazımi yardım göstərməyə hazır olduğunu və bu ağır günlərdə Türkiyə bir dayandığını bildirib.

Türkiyənin Energetika naziri taner Yıldız mədəndə partlayış baş verən zaman orada 787 şaxtaçının olduğunu deyib. Onun sözlərinə görə 363 nəfər xilas edilib, onlarla xəsarət alan var.
XS
SM
MD
LG