Accessibility links

Amerikan Səsinin baş məqaləsi

Birləşmiş Ştatlar, onun müttəfiqləri və tərəfdaşları Ukrayna xalqı və hökumətinə dəstək bildirir və Rusiyanı beynəlxalq qanun çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır. Prezident Obamanın bildirdiyinə görə, ABŞ q lobaı təhlükəsizliyin təmin edilməsi və Ukrayna xalqının layiq olduğu gələcəyin qurulmasına işinə xidmət edəcək həll yolunun tərəfdarıdır.

Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eləcə də beynəlxalq razılaşmaları pozaraq, Rusiya silahlı qüvvələri Krım yarımadasında strateji obyektləri ələ keçirib və faktiki olaraq regiona nəzarəti altına götürüb.

Rusiya prezidenti Vladimir Putin bu səbəbsiz təcavüz aktını Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçin ölkəni tərk etməsinin ardınca yeni hökumətin təşkilinə gətirib çıxarmış aylardır sürən nümayişlərin sonra sanksiyalaşdırıb.
“Rusiyanın müdaxiləsindən sonra biz beynəlxalq qanunun pozulması və Ukrayna xalqı və hökumətinə dəstək verilməsi məqsədilə beynəlxalq ictimaiyyəti səfərbər etmişik”-deyə prezident Obama bildirib.

ABŞ prezidenti Barak Obama “Ukraynanın suverenliyni və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyanlara qarşı bir sıra sanksiyalar tətbiq edildiyini və onların səfərlərə məhdidyyətlər qoyulduğunu elan edib. Birləşmiş Ştatlar və onun Avropa müttəfiqləri eyni zamanda Kiyev hökumətinə böyük yardım ayrıldığını elan edib.

Prezident Obama və ABŞ Dövlət katibi Con Kerri böhranın dərinləşəcəyi deyil, danışıqlar yolu ilə həll ediləcəyinə dair ümidlərini ifadə edib.

“Biz inanırıq ki, Rusiya bizim hamımız kimi bir imkana malikdir, amma gərginliyin artmasına yol verməmək üçün düzgün seçim etmək imkanı xüsusilə Rusiyaya aiddir”-deyə Con Kerri bəyan edib.

Dövlət katibi Kerri ABŞ-ın Şərqi Avropada müttəfiqlərlə təhlükəsizlik və demokratiyaya haqda öhdəliyinə sadiq qaldığını bildirib və Birləşmiş Ştatların Ukrayna xalqı ilə bir dayanmağa davam edəcəyini deyib.

Show comments

XS
SM
MD
LG