Accessibility links

ABŞ Ukraynaya müdaxilə ilə bağlı xəbərdarlıq edir


Ağ Evin sözçüsü Cey Karni

Ağ Evin sözçüsü Cey Karni

Ağ Ev Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət ertməyə çağıraraq, hər hansı bir müdaxilənin ciddi səhv olacağını bildirib.

Ağ Evin sözçüsü Cey Karni Birləşmiş Ştatların Rusiyanın Krıma müdaxiləsilə bağlı məlumatlardan dərin narahatlıq keçirdiyini bildirib və ABŞ rəsmilərinin bununla ciddi səhvə yol veriləcəyi ilə bağlı dediklərini bir daha təkrar edib.

Cey Karni bildirib ki, rəsmi Vaşinqton Rusiyanın Krıma müdaxiləsi ilə bağlı məlumatlara aydınlıq gətirilməsini istəyir.

Cümə günü Ukraynanın müvəqqəti hökumətinin baş naziri Arsen Avakov Rusiya Silahlı Qüvvələrinin Krımda iki əsas hava limanının nəzarətini ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hərbi dəniz qüvvələrinin mövcud olduğu Sevastopol şəhərində Belbek hava limanını mühasirəyə alıb.

Amerikanın Səsinin Krıma ezam olunmuş müxbiri Elizabet Arrot Simferopol hava limanında üzərində avtomat silah olan hərbi forma geymiş şəxsləri gördüyünü bildirib.

Bu arada, Kremlin cümə günü açıqladığı bəyanatda Rusiya prezidentinin Ukraynada vəziyyəti Britaniyanın Baş naziri Deyvid Kameron, Almaniya kansleri Angela Merkel və Avripa Şurasının sədri Herman Van Rompuyla ilə telefon söhbəti zamanı müzakirə etdiyi bildirilir. Kremlin bəyanatında deyilir ki, söhbət zamanı gələcəkdə zorakılıqların baş verməsinin qarşısının alınması və Ukrayanda vəziyyətin tez bir zamanda normallaşdırılmasının vacibliyi vuruğulanıb.
XS
SM
MD
LG