Accessibility links


ABŞ-ın Müdafiə naziri Çak Heygel Vaşinqtonun Şimali Koreya tərəfindən hədələrin qarşısını almaq məqsədilə Yaponiyaya raket əleyhinə iki hərbi gəmi göndərməyi planlaşdırdığını deyib.

Çak Heygel yaponiyalı həmkarı İtsunori Onodera ilə görüşdən sonra Tokioda keçirilən birgə mətbuat konfransında bildirib ki, AEGİS hərbi gəmilərinin Yaponiyaya 2017-ci ilə qədər göndərilməsi nəzərdə tutulur. Bununla ABŞ-ın raket əleyhinə müdafiə qüvvələri gücləndirilərək, yeddi hərbi gəmiyə çatdırılıcaq.

ABŞ müdafiə naziri bu açıqlamanı Şimali Koreyanın raket və nüvə sınaqlarını davam etdirməklə hədələyərək, qonşuları ilə gərginliyi daha artırmasından sonra verib.

Çinə səfəri ərəfəsində Çak Heygel eyni zamanda, Pekini regional münasibətlər və ərazi mübahisələri zamanı öz nüfuzundan məsuliyyətlə istifadə etməyə çağırıb.

Pentaqon rəhbəri Birləşmiş Ştatların müttəfiqlərini regionda müdafiə sahəsində razılaşmalara sadiq qaldığını çatdırmaq üçün Asiya-Sakit ocean hövzəsi ölkələrinə 10 günlük səfər edir.
XS
SM
MD
LG