Accessibility links

ABŞ İranı sui-qəsdlə bağlı ciddi sanksiyalarla hədəlyib (audio)

  • Amerikanın səsi

ABŞ İranı sui-qəsdlə bağlı ciddi sanksiyalarla hədəlyib (audio)

ABŞ İranı sui-qəsdlə bağlı ciddi sanksiyalarla hədəlyib (audio)

Bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd cəhdində əli olduğuna görə İran rəsmilərini ciddi sanksiyalar ilə hədələyib. Obama bildirib ki, İran hökumətinin yüksək səviyyəli rəsmiləri hadisəyə görə məsuliyyət daşıyır. Bu arada, ABŞ Dövlət Departamenti Amerika rəsmilərinin İran hökuməti ilə hadisə ilə bağlı birbaşa əlaqə saxladığını bildirib.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin sui-qəsd cəhdinin qarşısı alındıqdan sonra ABŞ qanunvericiləri Obama administrasiyasını İrana təzyiq göstərməyə çağırıb. Bir neçə konqres üzvü İrana qarşı tətbiq edilən sanksiyaların işləmədiyindən şikayətlənərək, ölkəyə qarşı daha ciddi ölçülər götürülməsinə səsləyib.

Bir neçə gün əvvəl isə İranın ali ruhani rəhbəri Əyatulla Xomeneyi ABŞ-ın sui-qəsd iddiasını gülünc adlndırıb. O deyib ki, ABŞ-ın Amerikada yaşayan bir neçə iranlıya qarşı əsassız ittihamları İranı təcridetmə məqsədi daşıyır.

Əyatulla Xomeyni: “Amerikalıların bizi tez-tez bu kimi konspirasiyalarda ittiham etməsi səmərəsiz və qeyri-effektivdir. İranı təcrid etmək istədiyini deyən amerikalılar özləri təcrid edilib”.

Bu, İranın ali ruhani rəhbərinin ehtimal edilən sui-qəsd barədə ilk çıxışı idi.

Bundan bir gün sonra isə İran prezidenti Mahmud Əhmədinejad İranın sui-qəstdə əli olduğu iddiasını inkar edərək, iranlıların sivil xalq olduğunu bildirdi. Təhlilçilərin fikrincə, Konqres İranın sui-qəsd planının araşdırılması və İrana qarşı ölçülərin artırılması üçün prezidentə təzyiqləri artıracaq.

XS
SM
MD
LG