Accessibility links

Pxenyan Koreya yarımadasında gərginliyi azaltmaq istəyir


Pxenyan Koreya yarımadasında gərginliyi azaltmaq istəyir

Pxenyan Koreya yarımadasında gərginliyi azaltmaq istəyir

Şimali Koreya Koreya müharibəsinə rəsmən son qoyacaq sülh sazişinin əldə olunmasına çağırıb. Bu bəyanat Pxenyanın nüvə proqramına dair altıtərəfli danışıqların bərpasını müzakirə etmək üçün ölkənin ali diplomatlarında birinin ABŞ-a səfəri zamanına təsadüf edib.

Şimalın rəsmi Mərkəzi Koreya Agentliyi bildirib ki, sülh razılığı nüvə ambisiyasına dair çıxılmaz vəziyyəti həll etməyə və Koreya yarımadasında gərginliyin azalmasına yardım göstərə bilər. Bəyanat açıqlanması habelə 1953-cü ildə Koreya müharibəsinə son qoyan barışığın 58-ci ildönümünə təsadüf edir.

Bu arada, Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini və sabiq baş nüvə müzakirəçisi dalana dirənmiş danışıqları müzakirə etmək üçün Nyu-yordadır. Kim Kye Quan jurnalistlərə bildirib ki, ABŞ-la Şimali Koreya arasında əlaqələrin inkişaf edəcəyi barədə nikbindir.

XS
SM
MD
LG