Accessibility links

ABŞ-Aİ Energetika Şurası: Bakı ilə Ankaranın qaz tranziti müqaviləsi vacib hadisədir


ABŞ-Aİ Energetika Şurası: Bakı ilə Ankaranın qaz tranziti müqaviləsi vacib hadisədir
ABŞ-Aİ Energetika Şurası: Bakı ilə Ankaranın qaz tranziti müqaviləsi vacib hadisədir

ABŞ və Avropa İttifaqı Energetika Şurası ABŞ Dövlət katibi Hillari Klinton, ABŞ energetika naziri Stiven Çu, Aİ xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və energetika məsələləri üzrə avrokomissar Günter Ottingerin iştirakı ilə görüş keçirib.

"ABŞ və Avropa İttifaqı Bakı ilə Ankara arasında 25 oktyabr 2011-ci il tarixli qaz tranziti müqaviləsini vacib hadisə sayır, o, "Cənub dəhlizi" layihəsi üçün irəliyə doğru bir addımdır”, - deyə ABŞ və Avropa İttifaqı Energetika Şurasının birgə bəyanatında bildirilir.
ABŞ Dövlət Departamentinin yaydığı sənəddə deyilir ki, "ABŞ və Avropa İttifaqı Energetika Şurası "Şahdəniz 2" konsorsiumunun kommersiya müqaviləsinin başa çatmasını gözləyir. O, "Cənub dəhlizi" layihəsi üçün qaz mənbəyi açacaq".
Bəyanatda bildirilir ki, Energetika Şurası "xeyli həcmdə qaz verəcək irimiqyaslı infrastrukturu" dəstəkləyir.
Həmçinin deyilir ki, Rusiya Avropa və dünya energetikasının ayrılmaz hissəsidir. ABŞ-Avropa İttifaqıİ Moskvanı vergi sahəsində islahat aparmağa, enerji sektorunu şəffaf şəkildə investisiyalaşdırmağa, enerji bazarları açmağa çağırıb.
"ABŞ-Aİ 1 fevral 2011-ci ildə Ukraynanın Energetika Birliyinə daxil olmasını, Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsində bu ölkənin vacib rolunu alqışlayırlar", - deyə bəyanatda bildirilir.

"Energetika Şurası Ukraynada qaz sektorunda islahatları vacib sayır. Bu, beynəlxalq maliyyə institutlarına və özəl sektora imkan verər ki, Ukraynanın qaz tranziti sisteminin modernləşməsinə vəsait qoysun", - ABŞ və Avropa İttifaqı Energetika Şurasının birgə bəyanatında bildirilir.
Bəyanatda Ukrayna məhsulun bölgüsü barədə qanun qəbul etməyə çağırılır. Bu, Ukraynanın energetika resurslarının inkişafına beynəlxalq investisiya qoymağa imkan verər.
Sənəddə deyilir ki, ABŞ və Aİ Liviyanın Avropaya etibarlı neft və qaz tədarükçüsü rolunun bərpa olunacağına ümid edir.
ABŞ və Avropa İttifaqı Energetika Şurası 28 noyabrda ABŞ Dövlət katibi Hillari Klinton, ABŞ energetika naziri Stiven Çu, Aİ xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və energetika məsələləri üzrə avrokomissar Günter Ottingerin iştirakı ilə görüş keçirib. Görüşdə Polşanın xarici işlər nazirinin müavini Stelmax Aİ-yə sədrlik edən ölkənin təmsilçisi kimi iştirak edib.

XS
SM
MD
LG