Accessibility links

ABŞ-a məxsus pilotsuz təyyarələr Pakistanın şimal-qərbində militantları hədəf alıb


ABŞ-a məxsus pilotsuz təyyarələr Pakistanın şimal-qərbində militantları hədəf alıb

ABŞ-a məxsus pilotsuz təyyarələr Pakistanın şimal-qərbində militantları hədəf alıb

Pakistan təhlükəsizlik rəsmiləri xəbər verirlər ki, ABŞ-a məxsus pilotsuz təyyarələr ölkənin şimal-qərbində həyata keçirdikləri hücumda əksəriyyəti militantlar olmaqla 15 nəfəri öldürüb. Şimali Vəziristanın tayfalar məskunlaşan bölgəsində üç dron hücumu qeydə alınıb. Bu ərazi Əl Qaida və Taliban döyüşçülərinin istehkamı sayılır. Rəsmilər birinci hücumda azı yeddi adamın öldüyünü bildirirlər. Daha sonra dron hücumu dörd adamın həyatına son qoyub. Üçüncü zərbə isə Miranşah yaxınlığındakı maşına endirilib. Dünən bu ərazilərdə həyata keçirilən hava zərbələri nəticəsində beş militant öldürülmüşdü.

XS
SM
MD
LG