Accessibility links

ABŞ aclıqla üzləşən Afrika Buynuzuna əlavə yardım ayırdı

  • Amerikanın səsi

ABŞ aclıqla üzləşən Afrika Buynuzuna əlavə yardım ayırdı

ABŞ aclıqla üzləşən Afrika Buynuzuna əlavə yardım ayırdı

ABŞ hökuməti Afrika Buynuzunda yerləşən ölkələrə humanitar yardım məqsədilə əlavə 17 milyon dollar ayırdığını bəyan edib.

Dövlət Katibi Hillari Klinton deyib ki, yardımın 12 milyonu aclıqdan ən çox əziyyət çəkən Somaliyə gedəcək.

ABŞ indiyədək regiona 580 milyon dollar həcmində humanitar yardım verib. Bu rəqəmə bazar ertəsi verilən 105 milyon dollar daxildir.

Vaşinqtonda çıxış edən Hillari Klinton Afrika Buynuzundakı vəziyyəti “hazırda dünyada üzləşilən ən acınacaqlı humanitar böhran” kimi təsvir edib. O, yardımın 4.6 milyon adama kömək edəcəyini bildirib.

XS
SM
MD
LG