Accessibility links

ABŞ Amerika sammitində Kubanı görmək istəmir


Amerika qitəsinin liderləri Kolumbiyada keçirilən iki günlük regional toplantını yekun bəyanat açıqlamadan baş vurublar. İclasda liderlər gələcəkdə Kubanın da sammitə daxil olması barədə razılığa gələ bilməyib.

Regiondakı solçu və mühafizəkar hökumətlərin Havananın növbəti Amerika Sammitinə qatılması barədə təzyiqlərinə baxmayaraq yalnız Kanadanın dəstəklədiyi ABŞ öz qərarına sadiq qalaraq buna qarşı çıxıb.

ABŞ prezidenti Barak Obama bildirib ki, başqa ölkələrdən fərqli olaraq Kuba demokratiyaya keçid etməyib və öz vətəndaşlarınaən sadə insan haqlarını tanımayıb. O, bu keçidin yaxın bir zamanda başlayacağına ümid etdiyini bildirib.

Sammitə ev sahibliyi edən Kolumbiya prezidenti Huan Manuel Santor iştirakçılara deyib ki, hazırda ada ölkəsini sammitdən kənarda qoymaq üçün heç bir səbəb yoxdur.

Ekvatorun prezidenti Rafael Correa Kubanın sammitdə olmamasına etiraz olaraq zirvə görüşünü boykot edib.

XS
SM
MD
LG