Accessibility links

ABŞ Apellyasiya Məhkəməsi Xalq Mücahidləri Təşkilatı barədə hökm çıxarıb


ABŞ Apellyasiya Məhkəməsi Xalq Mücahidləri Təşkilatı barədə hökm çıxarıb
ABŞ Apellyasiya Məhkəməsi Xalq Mücahidləri Təşkilatı barədə hökm çıxarıb

Hökm ABŞ hökumətinin İranın müxalifət qrupunu terrorçu təşkilat kimi tanımasının yenidən nəzərdən keçirilməsini nəzər tutur

ABŞ Federal Apellyasiya Məhkəməsi hökumətin İranın müxalifət qrupunu xarici terrorçu təşkilat kimi tanımasının yenidən nəzərdən keçirməsi barədə hökm çıxarıb. Vaşinqtonda 3 hakimdən ibarət məhkəmə heyətinin bu gün bildirdiyinə görə, Dövlət Departamenti İranın Xalq Mücahidləri Təşkilatına ədalətli imkan verməyib. İraqda qərargahlanan qrup 2008-ci ildə qətnamə açıqlayaraq artıq terrorçu qrup kimi tanınmasını istəmədiyini bildirib, ancaq ABŞ hökuməti qrup üzvləri və ABŞ kəşfiyyatı tərəfində təqdim olunan materialları nəzərdən keçirəndən sonra bu xahişi rədd etmişdi. Bu qadağa belə qruplara Birləşmiş Ştatlardan maliyyə yardım və başqa dəstək toplamasəna veto qoyur.

XS
SM
MD
LG