Accessibility links

Mərkəzi Kəşfiyyat idarəsinin keçmiş başçısı Benqazi hadisələrinin istintaqı çərçivəsində Liviyaya səfəri barədə müzakirələr aparacaq

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Deyvid Petreas sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğunda Amerika səfərinin ölümülə nəticələnmiş hücumla bağlı bu həftə Konqresin komitəsi qarşısında şahid qismində çıxış edəcək.

Federal Təhqiqat Bürosu Petreasın tərcüməyi-halının müəllifi Paula Brodvellə intim münasibətlərinin aşkar edilməsindən sonra milli təhlükəsizliyə sirlərinin sızması ilə əlaqədar narahatlıqlar mövcuddur. Bununla əlaqədar o, cümə günü Konqresin Kəşfiyyat Komitəsində qapalı dinləmələr zamanı hesabat verəcək.

Petreasın ABŞ səfiri Kristofer Stivensin və digər üç diplomatın öldürülməsi ilə əlaqədar, hadisənin istintaqı çərçivəsində Liviyaya səfəri barədə müzakirələr aparacağı gözlənilir.

Petreasın Senat komitəsində ifadə verməsi onun keçən həftə qəfil istefasından əvvəl planlaşdırılmışdı. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbərinin vəzifəsini icra edən Maykl Morell milli kəşfiyyat direktoru Jeyms Klapperlə birlikdə cümə axşamı Senatın komitəsi qarşıslında Petreasın yerinə ifadə verəcək.
XS
SM
MD
LG