Accessibility links

ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda Amerika Ticarət Palatası memorandum imzalayıb


ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda Amerika Ticarət Palatası memorandum imzalayıb
ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda Amerika Ticarət Palatası memorandum imzalayıb

USAİD-in Qafqaz missiyasının direktoru C.Konli bildirib ki, bu memorandumda nəzərdə tutulan əməkdaşlıq USAİD-in Azərbaycanın investisiya mühitinin yaxşılaşdırılmasına göstərdiyi köməkliyin effektivliyini artıracaq.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycanda Amerika Ticarət Palatası (ATP) Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlərdə əməkdaşlıq etmək məqsədilə anlaşma memorandumu imzalayıb.
USAİD-dən APA-ECONOMİCS-ə verilən məlumata görə, USAİD-in Qafqaz missiyasının direktoru Conatan Konli və ATP-nin icraçı direktoru Nərgiz Nəsrullayeva-Muduroğlunun imzaladığı memorandum tərəflərin iki mühüm məsələ üzrə əməkdaşlığını, ilk növbədə bu qanunvericiliyi gücləndirmək üçün ən yaxşı beynəlxalq təcrübəni əks etdirən, rəqabət və ticarət üçün daha əlverişli şərait yaradan tövsiyələr hazırlanması üçün birgə əməkdaşlığı nəzərdə tutur.
Bundan əlavə, USAİD və ATP mövcud və təklif olunacaq qanunların icrası və onlara riayət edilməsinin xərclərini müəyyən edəcək və miqdarını, eləcə də həmin qanunların investisiya mühitinə necə təsir edəcəyini müəyyən edəcəklər. Memorandumda göstərilən fəaliyyətin icrasına USAİD-in Azərbaycanda Rəqabət və Ticarət (ART) layihəsi nəzarət edəcək. Razılaşma 2013-cü ilin iyun ayında sona çatması gözlənilən ART layihəsi müddətində qüvvədə olacaq.
USAİD-in Qafqaz missiyasının direktoru C.Konli bildirib ki, bu memorandumda nəzərdə tutulan əməkdaşlıq USAİD-in Azərbaycanın investisiya mühitinin yaxşılaşdırılmasına göstərdiyi köməkliyin effektivliyini artıracaq: “Amerika Ticarət Palatasına üzv olan şirkətlər burada biznes işinin başlanılması və inkişaf etdirilməsi sahəsində böyük təcrübəyə malikdirlər. Biz də davamlı olaraq onlardan öyrənməyə ümid edirik”.

XS
SM
MD
LG