Accessibility links

İren qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır


İren qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır

İren qasırğası ABŞ-ın Atlantik sahillərinə yaxınlaşır

ABŞ-ın cənub-şərq ştatlarnda rəsmilər yaxınlaşmaqda olan İren qasırğasına hazırlaşırlar. Meteroloqlar Şimali Karolina sahilləri boyunca fövqəladə vəziyyət elan ediblər.

Bu arada İren qasırğası saata 185 kilometr küləklərlə Baham Adalarını vurmaqda davam edir.

Əhalinin sıx olduğu ABŞ-ın şərq sahillərində rəsmilər İren qasırğası səbəbilə məşhur çimərliklərdən insanları evakusiya etməyə başlayıb.

Meteoroloqlar Şimali Karolinanın bütün sahillərində qasırğaya dair xəbərdarlıq edib. Hazırda küləyinin sürəti saat 185 kilometrə çatan Erin qasırğası artıq Baham adalarını təsirinə məruz qoyub.

Verilən məlumatlara görə, adaların cənublarına ciddi zədə dəyib, ancaq xəsarət alan insanların olmadığı bildirilir.

Qasırğanın bu gün gücünü daha da artıracağı və sabah ABŞ-ın cənub-şərq sahillərindən şimala doğru istiqamət alacağı gözlənilir.

Virciniyada ABŞ hərbi dəniz qüvvələri gəmilərini limanlardan açıq dənizə göndərib. Gəmilərin açıq dənizdə daha təhlükəsiz olacağı ehtimal olunur.

XS
SM
MD
LG