Accessibility links

Çinin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Pekini 1989-cu ildə Tiananmen Meydanındakı nümayişlər zamanı həbsə salınanların azad edilməsi ilə bağlı çağırışlarına görə ciddi narazılığını ifadə edib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Veiminin Amerikanın Səsinin müxbirinin sualını cavablandırarkən ABŞ-ın belə çağırışlarla ölkəsinin daxili işlərinə müdaxilə etdiyini və Çin hökumətini əsassız olaraq ittiham etdiyini deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin bazar günü bəyanatında Çin hökumətinin Tiananmen Meydanında nümayişçilərə qarşı zorakılıqlar zamanı ölənlər və itkin düşənlərin də siyahısını açıqlamalı olduğunu bildirib.





XS
SM
MD
LG