Accessibility links

ABŞ-da 2009-cu ilin son aylarında iqtisadi artım gözləniləndən aşağı olub


Ticarət Nazirliyinin hesabatına görə, oktyabr, noyabr və dekabr aylarında ümumdaxili məhsul 5,6 faiz artıb


Göstəricilərə görə 2009-cu ilin son üç ayında Birləşmiş Ştatlarda güclü iqtisadi artım olsa da, Ticarət Nazirliyinin bu gün açıqladığı məlumata görə, həmin dövrdə artımın tempi əvvəlcə təxmin ediləndən aşağı olub. Hesabata görə, oktyabr, noyabr və dekabr aylarında ümumdaxili məhsul, illik hesabla 5,6 faiz artıb. Bu rəqəm əvvəlki hesablamalardan mində bir nisbətində aşağı olsa da, təqribən son altı ildəki ən yüksək göstəricilərdir. İqtisadi artım rəqəmlərində yeni, daha dəqiq məlumatlar daxil olduqca düzəliş edilir. Son araşdırmalar investisiya və istehlakçı xərclərinin gözləniləndən aşağı olduğunu göstərib. Mütəxəssislər 2010-cu ilin ilk bir neçə ayında iqtisadi artımın tempinin azaldığını təxmin edirlər.

XS
SM
MD
LG