Accessibility links

30 il sürən apellyasiya ölüm hökmünü ləğv etdi

  • Amerikanın səsi

30 il sürən apellyasiya ölüm hökmünü ləğv etdi

30 il sürən apellyasiya ölüm hökmünü ləğv etdi

Birləşmiş Ştatların Filadelfiya şəhər prokurorluğu 30 ilə yaxındır davam edən apellyasiya və beynəlxalq ictimaiyyətin ölüm cəzasının ləğvinə qarşı kampaniyalarının nəticəsi olaraq polis işçisini qətlə yetirən Çumia Əbu-Camalın ölüm hökmünü ləğv edərək, onu ömürlük həbs cəzasına məhkum edib. Əbu-Camalı müdafiə edən vəkillər hökmün ədalətli olduğunu deyərək, bunun yalnız kifayət məlumata malik olmayan məhkəmə heyətinin ölüm hökmü qərarının ləğvinin nəticəsi olduğunu bildirib.

1981-ci ildə ağdərili polis işçisini qətlə yetirmək ittihamı ilə üzləşən Əbu Camal, illər boyu qünahkar olmadığını və ona qarşı irəli sürülən ittihamın irqçilik zəminində olduğunu deyirdi.

XS
SM
MD
LG