Accessibility links

Bu gün ABŞ-da Analar Günü bayram edilir. Amerikalılar bayramı anaları üçün gül və hədiyyə almaqla qeyd edirlər. Analar Günü hər il mayın ikinci bazar günündə qeyd olunur.

Bayram ilk dəfə 1908-ci ildə qeyd olunub. 1907-ci ildə, anasının vəfatından iki sonra, Qərbi Virciniya ştatının sakini Anna Carvis anası üçün xatirə mərasimi təşkil etmişdi. Bundan sonra xanım Carvis Analar Gününün bütün Amerika boyu bayram edilməsi üçün kampaniyaya başlamış və məqsədinə nail olmuşdu.

Birləşmiş Ştatlardan əlavə olaraq, Analar Günü Kanada, Avstraliya, Yaponiya və Türkiyə kimi onlarla başqa ölkədə qeyd olunur.

Azərbaycan və bir sıra sabiq kommunist ölkələrində Analar Günü əvəzinə Sovet irsinin davamı olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü rəsmi bayram hesab edilir.

XS
SM
MD
LG