Accessibility links

Sakit okeanı boyu davam edərək Meksikanın cənub-qərb sahilinə doğru istiqamət alan Bud qasırğası tədricən zəifləyir.

ABŞ-ın Milli Qasırğa mərkəzi küləyin maksimum saatda 175 kilometr sürətlə əsdiyini və fırtınanın potensial dağıdıcı qüvvəsini ölçən beş dərəcəli şkalada ikinci dərəcə olduğunu bildirib. şimalda Kabo Korrientesin şimalında yerləşən Manzanilloda qasırğa və tropik fırtına xəbərdarlığı qüvvədədir. Sinoptiklər Bud qasırğasının gün ərzində zəifləməkdə davam edəcəyini deyib.

Bud Qasırğasının 15-25 santimetr yağış yaradacağı ehtimal edilir. Bəzi bölgələrdə yağışın 30 santimetrə qalxacağı bildirilir.

XS
SM
MD
LG