Accessibility links

ABŞ-da gənc klassik musiqiçi məhdud karyera imkanlarından necə istifadə edə bilər?


ABŞ-da gənc klassik musiqiçi məhdud karyera imkanlarından necə istifadə edə bilər?

ABŞ-da gənc klassik musiqiçi məhdud karyera imkanlarından necə istifadə edə bilər?

Akademik təsisatlar gənc istedadları işlə təmin etməyə çalışırlar

Məktəbi təzəcə bitirmiş gənc klassik musiqiçi məhdud karyera imkanlarından necə istifadə edə bilər? Belə bir sual akademik təsisatların qarşısına bir neçə il bundan əvvəl çıxdı.

Gənc istedadlar axtaran Karneqi Hall-un icraçı direktoru Klayv Gillinson və Culiard məktəbinin prezidenti Cozef Polisi istedadlı gənclərin çox olduğunu, lakin onların işlə təmin edilməli olduqlarını deyirlər. Klayv Gillinson deyir ki, onlar musiqiçilərə konkret peşə sahibi olmaq üçün tələb olunan kvalifikasiyalara yiyələnmək əvəzinə geniş mənada musiqiçi həyatına qədəm qoymağı aşılamalıdırlar.

Gillinson və Polisi nəinki istedadlar üçün, hətta yaxşı kommunikasiya üçün də proqram təsis etmişlər. Hər iki ildən bir onlar 20 istedad seçir və onlara illik təqaüd ayırırlar. Onların hər birinə ildə 25 000 dollar və tibbi sığorta verilir, eləcə də Culiard məzunları kimi yaxşı müəllimlərlə təmin edilirlər. Onlar musiqini Nyu York şəhərinin ictimai məktəblərində Sir Simon Ratl kimi maestrolar olmaqla, Karneginin ən məşhur dirijorları ilə ən yüksək səviyyədə həftənin üç günü, ilin 30 həftəsini çalışırlar.

Proqrama daxil olanlardan biri altda ifa edən Natan Şramdır. O, müsiqi dərəcəsini 2008-ci ildə İndiana univesitetində alıb və fəaliyyətini davam etdirməsi üçün ona keçən il Akademiyadan dəvət gəlib. Natan bunun gözəl bir xəbər olduğunu və belə bir işin ona auditoriya ilə təmasda olmağa yardım etdiyini deyir. "Mən özümə auditoriya cəlb edə biləcəyəm.” - deyə, o bildirir.

Zelman Bokser Bruklin mühacirlərinin və işçilərinin çalışdığı Buşvikdəki Day One məktəbində skripka dərsi verir. Zelman Bokser:

“Zənnimcə bu məktəb yaxşı təchiz olunmayıb və onun yerləşdiyi məhəllənin sakinləri yüksək sosio-iqtisadi zümrəyə daxil deyillər.”

Lakin resursların az olmasına baxmayaraq, 650 şagirdi olan məktəbdə Bokser 83 nəfərə skripka dərsi keçir və professional musiqiçi olduğundan fəxr duyur.

Natan Şarm da uşaqlarla işləməyin onu ruhlandırdığını deyir. O, musiqiyə həvəsli uşaqlara dərs verməkdən həzz aldığını bildirir.

XS
SM
MD
LG